2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycan banklarının məcmu aktivi 30,74 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,05 faiz azdır.
Eləcə də bax: Azərbaycanda nağdsız ödənişlər - Rekord Qırdı
FED.az bu barədə Mərkəzi Bankın statistik hesabatına istinadən məlumat verir.
Hesabata əsasən, bankların aktivlərinin strukturunda verilən kreditlərin payı 46,5 faiz təşkil edib. Bu göstərici bir il ərzində 4 faiz azalaraq 14,3 milyard manata bərabər olub.
Nağd vəsaitlərin həcmi 15,4 faiz azalaraq 1,3 milyard manat təşkil edib. Qiymətli kağızlara investisiyalar 4,465 milyard manata bərabər olub. Bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 37 faiz çoxdur.
Uzunmüddətli aktivlərin strukturunda əsas vəsaitlərin payı ötən illə müqayisədə 25 faiz azalaraq 740,9 milyon manat təşkil edib. Qeyri-maddi aktivlər 133,7 milyon manata (20,3 faiz azalma) bərabər olub. Digər aktivlər 1,52 milyard manat təşkil edib. (Trend)