Azərbaycan 2023-cü ilin yanvar-sentyabr aylarında Rusiyadan buğda idxalını artırıb, Qazaxıstandan idxalı isə azaldıb.
Xaricdən idxal olunan buğda 25% UCUZLAŞIB
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara görə, Rusiyadan buğda idxalı 10% - 639,281 min tona qədər artıb. Yanvar-sentyabr aylarında Rusiya Azərbaycana $159 milyon 257,47 min dəyərində (azalma 22,8%) buğda tədarük edib. Beləliklə, bir ton Rusiya buğdasının Azərbaycana tədarük dəyəri $249,11 olub.
Qazaxıstandan $50 milyon 466 min dəyərində (azalma 7,4%) 149,955 min ton buğda (azalma 6,4%) tədarük edilib. Bir ton Qazaxıstan buğdası Azərbaycana orta hesabla 336,5 ABŞ dollarına başa gəlib.
Azərbaycana buğda idxalının 81%-i Rusiyanın, 19%-i isə Qazaxıstanın payına düşüb.
Azərbaycan yanvar-sentyabr aylarında $209 milyon 723,72 min dəyərində (artım 1,8%) 789,237 min ton buğda (artım 23,1%) idxal edib. bir ton buğdanın qiyməti orta hesabla $265,7 təşkil edib. (İnterfaks-Azərbaycan)