2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana 247 milyon 343,28 min dollar dəyərində 34 min 860,32 ton buğda məhsulları idxal edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, məhsul idxalı dəyər ifadəsi ilə 82 milyon 666,29 min dollar yəni 25%, miqdar ifadəsi ilə 6 min 995,91 ton ( 0,7%) azalıb.
Keçən ilin müvafiq dövründə 330 milyon 9,57 min dollar məbləğində 956 min 274,40 ton buğda idxal olunub.
1 ton buğdanın idxal qiyməti bu il 261 dollar, keçən il isə 345 dollar təşkil edib. Qiymətlərdə 85 dollar və ya 24,5% ucuzlaşma qeydə alınıb.
Qeyd edək ki, hesabat dövründə idxal edilən buğdanın dəyəri Azərbaycanın ümumi idxalının1,75%-ni təşkil edib. Ötən ilin müvafiq dövründə buğdanın idxalı Azərbaycanın ümumi idxalının 2.85%-nə bərabər olub.