2023-cü ildə Azərbaycan 164,905 min ton təzə xurma ixrac edib ki, bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 11,7% çoxdur.
Azərbaycanın xaricə satdığı xurma bahalaşıb - GƏLİRLƏR 58% ARTIB
FED.az xəbər verir ki, bu barədə hökumətdən məlumat verilib.
İxrac edilmiş xurmanın dəyəri $127 milyon 194,46 min (artım 38,9%) təşkil edib.
Xurmanın əsas ixrac bazarı Rusiya olub: 2023-cü ildə RF-yə $114 milyon 016,94 min dəyərində (artım 7,1%) 146,677 min ton təzə xurma (asrtım 12%) ixrac edilib. Bu dövrdə təzə xurma ixracının 88,9%-i RF-nin payına düşüb.
Sayca ikinci iri ixracatçı Ukrayna olub. Bura $11 milyon 17,99 min dəyərində 15,339 min ton xurma göndərilib.
2022-ci ildə Azərbaycan $91 milyon 586,68 min dəyərində 147,632 min ton xurma ixrac edib. Bu məhsulun əsas ixrac həcmi (bütün tədarükün 88,7%-i) Rusiyanın payına düşüb. (İnterfaks-Azərbaycan)