2023-cü ilin yekunlarına əsasən Azərbaycan 814,803 min ton sement klinkeri ixrac edib ki, bu da 2022-ci ilin göstəricisindən 13,9% çoxdur.
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
İxrac olunan sement klinkerinin dəyəri $46 milyon 56,2 min (artım 34,4%) qiymətləndirilir.
Statistik məlumatlara görə, bütün ixrac tədarükü Gürcüstana həyata keçirilib. (İnterfaks-Azərbaycan)