Avropa İttifaqı (Aİ) ölkələri 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana smartfon ixracını ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 dəfə - 99 min ədədə qədər artırıb.
Avropadan Azərbaycana avtomobillərin ixrac dəyəri - 222 MİLYON AVRONU KEÇİB
FED.az xəbər verir ki, bu barədə Aİ-nin Statistika İdarəsi (Avrostat) məlumat verib.
Statistik məlumatlara görə, hesabat dövründə ixracın həcmi dəyər ifadəsində 1,8 dəfə - 78,2 milyon avroya qədər artıb.
Yanvar-oktyabr aylarında smartfon ixracının əsas hissəsi Çexiyanın payına düşüb. Bu ölkədən Azərbaycana 77,9 milyon avro dəyərində (artım 1,7 dəfə) 96,4 min ədəd (artım 1,8 dəfə), eləcə də Avstriya, Almaniya, Fransa, Xorvatiya, Niderland, Polşa və İsveçdən kiçik partiyalarla smartfon ixrac edilib.
Avrostatın məlumatına görə, 2022-ci ildə Aİ ölkələri Azərbaycana 53,9 milyon avro dəyərində 75 min ədəd smartfon ixrac edib. (İnterfaks-Azərbaycan)