2023-cü ilin birinci yarısında Almaniya Azərbaycana 486,4 ton əczaçılıq məhsulları tədarük edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 41,4% azdır.
Almaniya Azərbaycana minik avtomobillərinin ixracını iki dəfə, elektromobil ixracını 13 dəfə - ARTIRIB
FED.az xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi (Destatis) bildirir.
Almaniyadan Azərbaycana əczaçılıq məhsullarının ixracı pul ifadəsində ötən ilin analoji dövrü ilə müqayisədə 3,4% artaraq 22,613 milyon avro təşkil edib.
Statistik məlumatlara əsasən, yanvarda Almaniya Azərbaycana 3,808 milyon avro dəyərində 49,6 ton, favralda – 5,085 milyon avro dəyərində 118,5 ton, martda – 4,037 milyon avro dəyərində 52,2 ton, apreldə - 4,070 milyon avro dəyərində 53,4 ton, mayda – 2,226 milyon avro dəyərində 170,1 ton, iyunda – 3,387 milyon avro dəyərində 42,6 ton əczaçılıq məhsulları ixrac edib. (İnterfaks-Azərbaycan)