2023-cü ilin doqquz ayı ərzində ölkədə 10,8 min iş yeri bağlanıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
İllik müqayidə bağlanmış iş yerlərinin sayı 4 min ədəd və ya 58,8% artıb.
Keçən ilin doqquz ayında 6,8 min iş yeri bağlanmışdı.
Bu dövrdə bağlanmış iş yerlərinin 56,4 faizi qeyri-dövlət sektorunun payına düşüb.
İş yerlərinin 55,5 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 44,5 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.