2020-ci ilin yanvar-avqust aylarında 497,3 milyon manat dəyərində tikinti materialları istehsal edilib.
FED.az xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 3,8% və ya 19,8 milyon manat azdır.
Qeyd edək ki, 2019-cu ilin yanvar-avqust aylarında 517 milyon manat dəyərində tikinti materialı istehsal edilmişdi.
İstehsalında ən çox artım olan material tikinti gipsidir. Belə ki, gips istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə ataraq 13 min ton istehsal edilib. Bundan başqa, tikiti kərpici istehsalı 26,3% artaraq 339 min kub metr, hörmə üçün hazır beton qarışığı istehsalı 9,6% artaraq 1202,7 min ton olub.
Tikinti blokları, asfalt istehsalı isə kəskin azalıb.
FED.az 2020-ci ilin ilk 8 ayında isteshsal edilən tikinti materiallarının miqdarını, ötən illin eyni dövrü ilə müqayisəsini təqdim edir.