Azərbaycanda 2020-ci ilin ilk yeddi ayı ərzində qeyri-dövlət mülkiyyəti üzrə yerinə yetirilmiş tikinti işləri artıb, xaricilərlə birgə mülkiyyətlər isə daha çox böyüyüb.
Eləcə də bax: Azərbaycanda tikintinin artıb-azaldığı rayonlar - SİYAHI
FED.az xəbər verir ki, cari ilin ilk yanvar-iyul ayları ərzində Azərbaycanda ₼4 674.71 milyon dəyərində tikinti işləri yekunlaşıb, bunun, ₼713.74 milyonu dövlət mülkiyyətinin, ₼3 960.97 milyonu isə qeyri-dövlət mülkiyyətinə aiddir.
Bildirməliyik ki, dövlət mülkiyyəti öncəki ilin müvafiq dövrü ilə müqayisədə 16% azalıb, qeyri-dövlət mülkiyyəti isə 8.5% mühüm artım nümayiş etdirib.
Qeyri-dövlət mülkiyyətdə ₼2 708.76 milyon xüsusi, ₼531.56 milyon xarici və ₼720.65 milyonu isə birgə (yəni, xaricilərlə birgə) dəyərində yerinə yetirilmiş tikinti olmuşdur.
Burada xüsusi olaraq artımda pay sahibi birgə mülkiyyətin artımını qeyd etməliyik. Ölkəmizdə 2020-ci ilin ilk 7 ayında yerinə yetirdikləri tikinti işlərinin dəyəri öncəki ildən 22%-dən çox artım edib. Öncəki ildə xaricilərlə yerinə yetirilmiş birgə tikintinin dəyəri ₼589.65 milyon idi.
"banker"