2023-cü ilin yanvar-iyul aylarında Azərbaycana kondisioner idxalı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,5% - 154,223 min ədədə qədər azalıb.
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə Azərbaycana gətirilmiş kondisionerlərin ümumi dəyəri $43 milyon 590,2 min məbləğində (azalma 17%) qiymətləndirilir.
Yanvar-iyul aylarında Azərbaycana $104 milyon 593,1 min dəyərində (artım 49,8%) 354,846 min ədəd (artım 20%) hesablama maşını, blok və qurğusu idxal olunub.
Bundan başqa, qeyd olunan dövrdə paltaryuyan maşınların idxalı 48% - 124,254 min ədədə qədər artıb. İdxalın ümumi dəyəri $30 milyon 48,7 min (artım 50,2%) təşkil edir.*
Həmçinin cari ilin 7 ayı ərzində soyuducu idxalı 63% artaraq 23,712 min ədəd, dəyəri $7 milyon 372,8 min (artım 31%) təşkil edib. (İnterfaks-Azərbaycan)