2024-cü ilin yanvar-may ayında pərakəndə ticarət şəbəkəsində 1 milyard 40 milyon manatlıq içki və tütün məhsulları satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-ci ilin yanvar-may aylarına nisbətən 0,1% çoxdur.
Bu ilin ilk beş ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 4,9% faizi içki və tütün məhsullarının alınmasına sərf olunub.