2024-cü ilin yanvar-may ayında pərakəndə ticarət şəbəkəsində 11 milyard 39 milyon manatlıq ərzaq məhsulları satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-ci ilin yanvar-may aylarına nisbətən 2% çoxdur.
Bu ilin ilk 5 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,4% faizi ərzaq məhsullarının alınmasına sərf olunub.