2023-cü ildə Azərbaycana ətir və tualet suyu idxalı 2022-ci illə müqayisədə miqdar ifadəsində 25,4%, dəyər ifadəsində 18,2% artıb.
Almaniyadan Azərbayana gətirilən dərmanlar - KƏSKİN BAHALAŞIB - RƏQƏMLƏR
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə ölkəyə gətirilən ətir və tualet suyunun ümumi çəkisi 1 min 708,01 ton, dəyəri $31 milyon 342,8 min təşkil edib.
Fransa 2022-ci ildə olduğu kimi sözügedən məhsulları Azərbaycana ixrac edən ölkələr arasında lider olub, baxmayaraq ki, 2023-cü ildə miqdar və dəyər ifadəsində biq qədər azalma qeydə alınıb. Bu ölkədən $10 milyon 497,64 min dəyərində (azalma 0,6%) 107,27 ton ətir və tualet suyu (azalma 5,3%) idxal edilib.
Azərbaycana ətir və tualet suyu ixrac edən ölkələrin ilk üçlüyündə (tədarük dəyərinə görə - İF) BƏƏ ($3 milyon 756,84 min dəyərində 350,1 ton) və İtaliya ($3 milyon 658,21 min dəyərində 53,55 ton) də yer alıb.
Çindən $2 milyon 819,57 min dəyərində 599,16 ton, İspaniyadan $2 milyon 415,93 min dəyərində 45,41 ton, Rusiyadan $2 milyon 272,01 min dəyərində 224,37 ton, Polşadan $1 milyon 553,42 min dəyərində 89,5 ton, Türkiyədən $1 milyon 904,17 min dəyərində 203,62 ton, Böyük Britaniyadan isə $1 milyon 69,17 min dəyərində 6,5 ton ətir və tualet suyu idxal edilib.
Qalan həcm Avropa və Yaxın şərqin bir sıra digər ölkələrindən idxal edilib.
Xəbər verildiyi kimi, 2022-ci ildə Azərbaycana gətirilən ətir və tualet suyunun ümumi çəkisi 1 min 362,09 ton (+6,4%), dəyəri $26 milyon 511,89 min (+15,6%) təşkil edib. (İnterfaks-Azərbaycan)