2023-cü ildə Azərbaycan 21 min 947,71 ton meşə fındığı ixrac edib ki, bu da 2022-ci ilin göstəricisindən 8,7% çoxdur.
Xaricə satılan meşə fındığı 20% bahlaşıb - RƏQƏMLƏR
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
İxracın olunmuş meşə fındığının dəyəri $119 milyon 555,43 min (artım 12,4%) təşkil edib.
Azərbaycan fındığının əsas idxalçıları İtaliya, Rusiya və Almaniyadır.
Xüsusilə, 2023-cü ildə Rusiyaya $62 milyon 96,27 min dəyərində (artım 19,5%) 12 min 199,33 min ton, Almaniyaya - $22 milyon 208,62 min dəyərində (artım 13,9%) 3,673 min ton (artım 12%), İtaliyaya - $15 milyon 698,95 min dəyərində (azalma 4,1%) 2,663 min ton meşə fındığı (azalma 38,4%) ixrac edilib.
Bundan başqa, ətən il Azərbaycan İsveçrəyə $6 milyon 28,16 min dəyərində 1 min ton, Türkiyəyə $3 milyon 658,5 min dəyərində 665,5 ton, Polşaya $2 milyon 609,52 min dəyərində 466,5 ton, Latviyaya $1 milyon 717,47 min dəyərində 306 ton, Fransaya $1 milyon 323 min dəyərində 232 ton fındıq ixrac edib.
Azərbaycan dünyada meşə fındığının ən iri istehsalçılarından və ixracatçılarından biridir. (İnterfaks-Azərbaycan)