Avropa İttifaqı (Aİ) ölkələri 2023-cü ildə Azərbaycana 120,5 min ədəd smartfon ixrac ediblər, bu da 2022-ci illə müqayisədə 60,6% çoxdur.
Ötən il Avropa Azərbaycandan 45 milyon avroluq fındıq - İDXAL EDİB
FED.az xəbər verir ki, bu barədə Aİ-nin Statistika İdarəsi (Avrostat) məlumat verib.
Hesabat dövründə ixracın həcmi dəyər ifadəsində 80,3% - 97,2 milyon avroya qədər artıb.
Ötən il smartfon ixracının əsas hissəsi Çexiyanın payına düşüb. Bu ölkədən Azərbaycana 96,8 milyon avro dəyərində (artım 82,1%) 117,8 min ədəd (artım 62,7%), eləcə də Avstriya, Almaniya, Fransa, Xorvatiya, Niderland, Polşa və İsveçdən kiçik partiyalarla smartfon ixrac edilib. (İnterfaks-Azərbaycan)