2022-ci ildə Azərbaycanda rabitə və informasiya sahəsində fəaliyyət göstərən şirkətlərin xalis mənfəəti 994,3 milyon manat təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 16,7% çoxdur.
Pərakəndə kompüter satışları 15 faizdən çox - ARTIB
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2022-ci ildə bu sahədə fəaliyyət göstərən şirkətlərin ümumi mənfəəti 1 milyard 301,7 milyon manat (+13,3%) təşkil edib.
2022-ci ildə bu sahədə yaradılmış əlavə dəyər 1 milyard 885,6 milyon manat məbləğində (+14,7%) olub.
2022-ci ilin sonuna sektorda 30,554 min nəfər çalışıb, orta əməkhaqqı 1,348 min manat (+16,7%) təşkil edib.
2022-ci ildə sektora kapital qoyuluşu 400 milyon manat (+2,6 dəfə), o cümlədən daxili kapital qoyuluşu 361,3 milyon manat (+2,7 dəfə), xarici kapital qoyuluşu 38,7 milyon manat məbləğində (+2 dəfə) olub.
2022-ci ildə sektorda fəaliyyət göstərən sahibkarların gəlirləri 2 milyard 755,973 milyon manat (+15,2%) təşkil edib. Əsas gəlir – 1 milyard 44,244 milyon manat (+6,4%) mobil rabitə xidmətlərinin göstərilməsindən əldə edilib. Bütövlükdə mobil rabitə xidmətlərinin göstərilməsindən əldə edilən gəlir sektor üzrə gəlirlərin 37,9%-ni (2021-ci ildə 41%-ni) təmin edib.
Hesabat ilində internet xidmətlərinin göstərilməsindən 276,064 milyon manat (+10,8%), peyk rabitəsi üzrə 61,496 milyon manat gəlir (-13,6%) əldə edilib. (İnterfaks-Azərbaycan)