2024-cü ilin yanvar-fevral aylarında ictimai iaşə dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 12,8% artaraq 294,9 milyon manat olub.
Azərbaycanda əhalinin gəlirləri 5% artıb
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,4%-i hüquqi şəxslərin, 49,6%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 13,1% artaraq 146,9 milyon manat olub.