Car ilin 10 ayında Azərbaycana gələn turistlərin iqtisadi fəallıq statusu üzrə sayı 471,2 min nəfər təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 227,1 min nəfər və ya 28,4% çoxdur.
Belə ki, 2022-ci ilin 9 ayı ərzində iqtisadi fəallıq statusu üzrə turistlərin ümumi sayı 800,9 min nəfər olub.
Hesabat dövründə həmin turistlərin 471,2 min nəfəri muzdla işləyənlər, 502,6 min nəfəri özünməşğullar, 41,6 min nəfəri qeyri-fəal olanlar, 12,5 min nəfəri isə işsiz şəxslər olub.
Muzdla işləməyə gələnlərin sayında 28,7%, özünəməşğulların sayında 34,3%, işsiz şəxslərin sayında 22% artım, qeyri-fəal olanların sayında isə 17,2% azalma baş verib.
2022-ci ilin yanvar oktyabr aylarında 366,3 min nəfəri muzdla işləyənlər, 374,1 min nəfəri özünəməşğullar, 50,2 min nəfəri qeyri-fəal olanlar, 10,2 min nəfəri isə işsiz şəxslər olub.