2023-cü ilin yanvar-oktyabr aylarında Avropa İttifaqı (Aİ) ölkələri Azərbaycana 3,1 min ton əczaçılıq məhsulları ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,3% çoxdur.
Azərbaycanda bu ölkələrdən alınan dərmanlar tanınacaq - SİYAHI
FED.az xəbər verir ki, bu barədə Aİ-nin Statistika İdarəsi (Avrostat) məlumat verir.
Hesabat dövründə idxalın dəyəri 130,7 milyon avro (artım 12,3%) təşkil edib.
Yanvar-oktyabr aylarında Azərbaycana əczaçılıq məhsulları ixracatçılarının ilk üçlüyünə Almaniya (35,6 milyon avro məbləğində (artım 7%) 1000 ton (azalma 7,8%), Macarıstan (28,2 milyon avro məbləğində (artım 42,5%) 683 ton (artım 1,7 dəfə) və Sloveniya (16 milyon avro məbləğində (artım 3,8%) 331 ton (azalma 4,7%) daxil olub.
Oktyabrda Aİ ölkələri Azərbaycana 13,7 milyon avro dəyərində (artım 18,3%) 362 ton əczaçılıq məhsulları (artım 46,4%) ixrac edib.
Hesabat ayında ən iri ixracatçıların üçlüyünə Almaniya (3,7 milyon avro məbləğində (artım 0,6%) 130 ton (artım 3,3 dəfə), Macarıstan (2,2 milyon avro məbləğində (artım 9,3%) 43 ton (azalma 6,7%) və İtaliya (0,7 milyon avro məbləğində (artım 2,6 dəfə) 42 ton (artım 12,8 dəfə) daxil olub.
Avrostatın məlumatına görə, 2022-ci ildə Aİ ölkələri Azərbaycana 137,5 milyon avro dəyərində (2021-ci illə müqayisədə artım 1,3%) 3,5 min ton əczaçılıq məhsulları (artım 31,8%) ixrac edib. (İnterfaks-Azərbaycan)