Ölkəmizdə ikinci vençur fondu yaradılacaq.
"15 startapa 1 milyon dollar vəsait ayrılıb"
FED.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva Bakıda keçirilən “Fintex Sammit 2024” tədbirində deyib.
Onun sözlərinə görə, vençur investisiyaları üçün qanunvericilik bazası yaranmalıdır.
“Bu sektora investisiyaların qoyulması üçün 3 mələk investisiya fondu fəaliyyət göstərir. Biz bu fondların daha aktiv olmalarını istəyirik. Hazırda əhatə etdiyimiz startapların 30-35 faizi finteks sahəsindədir”, - deyə İnarə Vəliyeva diqqətə çatdırıb. (Azərtac)