Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 3 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 81-ə çatıb.
Daha 4 mikro və kiçik sahibkara - “Startap” Şəhadətnaməsi Verildi
Agentlikdən FED.az-a verilən məlumata görə, “Startap” şəhadətnamələri "Recepta" MMC-nin kassa çeklərinin rəqəmsallaşması üzrə platforma, "Too Far Logistics" MMC-nin sürətli kuryer xidməti üçün onlayn platforma, "İntelligent Services And Solutions Company" MMC-nin fasad yuma robotlarının istehsalı və satışı layihələri üçün təqdim edilib.
“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər.