Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 4 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib.
Daha 6 mikro və kiçik sahibkara “Startap” şəhadətnaməsi - VERİLDİ
KOBİA-dan FED.az-a daxil olmuş məlumatda bildirilir ki, bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 78-ə çatıb.
“Startap” şəhadətnamələri "VR Home" MMC-nin virtual reallığa əsaslanan onlayn platforma (marketpleys), "Probill" MMC-nin daşınmaz əmlak və yaşayış komplekslərinin idarə edilməsi üçün onlayn platforma, "Blokchain Academy" MMC-nin “Blokçeyn” texnologiyaları üzrə onlayn təlim və fərdi sahibkar Eyvaz Əhmədzadənin onlayn bilik yarışması layihələri üçün təqdim edilib.
“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər.