“Caucasus Ventures” vençur fondu 6 startapa 300 min ABŞ dolları məbləğində maliyyə ayırıb.
FED.az xəbər verir ki, bunu fondun rəhbəri Məmməd Kərim jurnalistlərə açıqlamasında deyib.
“Fond tərəfindən hər startapa ilk olaraq minimum 50 min ABŞ dolları məbləğində maliyyə ayrılır. Fəaliyyətindən asılı olaraq bu rəqəm 200 min ABŞ dollarınadək arta bilər. Maliyyə ayrılan startaplardan 3-ü Azərbaycana, digər 3-ü isə Türkiyə, Qazaxıstan və Gürcüstana aiddir. Startaplar fitnex, təhsil, turizm və digər sahələri əhatə edir. İndiyədək təxminən 200-ə yaxın startap layihəsi ilə tanış olmuşuq”, - deyə M.Kərim qeyd edib. (Azərtac)