HalalBooking 102 milyon dollar dəyərləndirmə ilə B raundunda 2.5 milyon dollar investisiya alıb. Bu investisiya 2021-ci ildəki 5 milyon dollarlıq yatırım ilə birlikdə 7.5 milyon dollardır. B seriasının 10 milyonluq investisiyasının yekunlaşması üçün il sonuna qədər 2.5 milyon investisiya gözlənilməkdədir.
FED.az xəbər verir ki, HalalBooking-in baş direktoru Elnur Seyidli bildirib: “Bu sərmayə, 2023-24-cü illər üçün böyüməmizi sürətləndirməyə və 1 milyard dollarlıq "unicorn" hədəfimizə daha tez çatmaq üçün daha güclü mövqedə olmağımıza kömək edəcək" -deyib.
HalalBooking 2014-cü ildə istifadəyə verilib və pandemiyaya qədər hər il qazancını yenidən investisiya edərək eksponent olaraq böyüyüb. 2019-cu ildə 31 milyon dollar satışa çatıb. 2020-ci ildə Covid səbəbiylə satışlar 8 milyon dollara düşüb, lakin şirkət 50 işçisindən heç birini ixtisar etməməyi bacarıb və 2021-ci ildə satışları 36 milyon dollara çataraq 2019-cu ilin səviyyəsini keçərək gəlirliliyə qayıdıb. 2022-ci ildə yenidən təxminən 50% artaraq 52 milyon dollara çatıb. Cari satışlara əsasən, 2023-cü il üçün proqnoz 75 milyon dollara çatacaq ki, bu da illik artımdan daha 45% təşkil edir.
Şirkət 4-5 il ərzində 600 milyon dollarlıq satışa çatmağı hədəfləyir.
HalalBooking Aqil Əliyev, Elnur Seyidli, Emin Həsənov, Ənvər Cəbi, Ufuk Seçgin tərəfindən təsis edilib
HalalBooking.com halal dostu otel və villalarda yerləşdirmə üçün aparıcı beynəlxalq axtarış və bron saytıdır. O, dünyanın 100-dən çox ölkəsində 500 000-dən çox mülk ilə əlaqəyə malikdir və halal qida və spirtsiz ərazilərin mövcudluğu kimi halal ehtiyaclara görə filtir edilə bilər. Çimərliklər, hovuzlar və spa kimi istirahət obyektləri təcrid dərəcəsinə və geyinilə bilən çimərlik paltarının növünə görə filtr edilə bilər ki, qadınlar və ailələr öz tələblərinə uyğun məxfilik səviyyəsini tapa bilsinlər. ( tech.az)