Banner
Fed.az
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
    • Gömrük
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
    • Supermarket
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner
Banner

Startaplar

  1. Ana səhifə
  2. Startaplar
  1. Startaplar

Azərbaycanlı startapçı: Milyard dollarlıq biznes qurmaq istəyirik - MÜSAHİBƏ

Azərbaycanlı startapçı: Milyard dollarlıq biznes qurmaq istəyirik - MÜSAHİBƏ | FED.az
10:31 15 Noy 2019

FED.az Oxu.az-a istinadən əfsanəvi futbolçu Ronaldinyo ilə “Eleven Kings” startapının siması olması üçün ilkin razılıq əldə edən təsisçisi Orxan Rzayevin müsahibəsini təqdim edir:

Eləcə də bax: Azərbaycanda startaplara sürpriz – STARTAP VİZALARI BAŞLAYIR

- Orxan bəy, hansı universiteti bitirmisiniz?

- 2005-2009-cu illərdə Dövlət İdarəçilik Akademiyasında menecment ixtisası üzrə təhsil almışam. Hələ məktəbdə oxuyan zaman rəqəmsal dünyaya marağım olub. Sosial şəbəkələr, vebsaytlar sanki məni özünə çəkirdi. 2000-ci illərin əvvəli pulsuz vebsayt qurmağa imkan verən platformalarda vebsaytlar qururdum, reklam imkanları çıxanda onları test etməyə başlayırdım.

 

- Neçə ildir ki, startapla məşğulsunuz?

- 10 ilə yaxındır ki, startap ekosisteminin içindəyəm. “Endirimvar.az” adlı endirim təklifləri verən saytımız olub. “AzNetShop” “Facebook” səhifəsində “E-bay” platformasından məhsullar gətirib satırdıq, daha sonra “Manads”, “MobChannel”, “Roadinfo” və ba.qa startaplar üzərində işləmişik.

2016-cı ilin əvvəli “Mediamark” Rəqəmsal Marketinq Agentliyini təsis etdik. Qısa zamanda uğurlu işlər görməyə başladıq. 

- “Eleven Kings” startapına nə zaman başladınız?

- Hazırkı “Eleven Kings” platformasına 2017-ci ilin yayında başladıq. Mən 16 ildən çoxdur ki, futbol-menecer oyunları oynayıram. Bu sahəni çox yaxşı bilirəm. Üstəlik, 10 illik startap və rəqəmsal marketinq təcrübəmdən yola çıxraq qərara aldıq ki, özümüz futbol-menecer oyunu hazırlayaq.

Bu, çox qəliz işdir. Bəzi oyunlar var ki, bir həftəyə dizaynını, bir həftəyə də kodlaşmasını bitirmək olur. “Eleven Kings” kimi strategiya oyununda isə yüzlərlə alqoritmlər, səhifələr, funksiyalar var. İki ildən artıqdır ki, üzərində işləyirik, hələ də görülməli xeyli iş var. 

- Bəs niyə belə bir çətin işə başlamağı qərara aldınız?

- Avropaya və ABŞ-a tez-tez səfər edirəm, orada müasir biznes mühiti çox fərqlidir. Əksər uğurlu şirkətlər rəqəmsal əsaslıdır və bəzi şirkətin yaşı 10 ilə çatmasa da, bazar dəyəri milyardlarla dollardır.

Belə şirkətir gördükcə öz-özümə fikirləşirdim ki, niyə biz də belə bir şeyə cəhd etməyək? Yəni niyə qlobal, milyard dollar dəyəri olan bir biznes qurmaq üçün cəhd etməyək? Alınmasa, olsun, bu, normaldır. Azərbaycanlı birinin milyard dollarlıq startap qura bilməməsi qəbahət sayılmaz. Amma əgər alınsa, bu, artıq əla bir şey olar.

Tək mənim həyatımı yox, elə ölkənin startap mühitini də xeyli dəyişər, minlərlə istedadlı Azərbaycan gəncinə motivasiya olar. Daima düşünürdüm ki, hansı biznes ola bilər ki, o sahədə qlobal brend yaratmaq potensialımız olsun və bir gün tapdım ki, bu, elə futbol-menecer oyunu ola bilər.

Dediyim kimi, uzun illərdir, demək olar, bütün platformalarda oynamışam belə oyunları, ona görə məlumatım çoxdur. Sırf bu biznesdə qlobal səviyyədə rəqabət apara bilərik. Ona görə də qərara aldım ki, futbol-menecer oyunu quraq.

- Bu cür startapı başlamaq üçün çox vəsait tələb olunur?

- Mən bu işə on min dollarla başladım. İlk başlayanda komandada dörd nəfər idik. Bu məbləğ aylıq xərclər, ofis və sair üçün bir ilə yaxın bizə kifayət etdi, amma işlədikdə gördük ki, hələ xeyli iş qalıb, amma vəsaitimiz bitir. Bir neçə yaxın dostla görüşdüm, işi izah etdim, böyük potensialı danışdım və beş-on min dollarlıq yatırım istədim.

Cəhdlərim nəticə vermirdi. Artıq borclanmağa başlamışdım. Amma qətiyyən işi dayandırmaq barədə düşünmürdüm. Borcum artdıqca əksinə, motivasiyam da artırdı. Bir il sonra bir dostumuz 20 min dollar dəyərində investisiya etdi, oyunun Beta versiyasını istifadəyə verdik.

Artıq real məhsulu görəndən sonra insanlarda inam yaranmağa başladı və bir neçə dəfə investisiya cəlb etdik. Bu işə bu günə kimi toplam 150 min dollar xərcləmişik, hələ də xərcləyirik (gülür).  

- Hansı ölkələrdə startap tədbirlərinə qatılmısınız? İnvestorlarla görüşünüz olubmu?

- Bu ilin yanvar ayında Beta versiyanı istifadəyə verdikdən sonra San-Fransiskodan “Founders Space Akselerasiya” proqramı investorlarla görüşdürmək üçün dəvət etdi. Fevral ayında Kaliforniyada ümumilikdə dörd tədbirdə təqdimat etdim, bir neçə investorla görüşdüm.

Ümumilikdə, son bir ildə ondan çox ölkədə olmuşam, İspaniyada “World Football Summit”, Portuqaliyada “Web Summit” tədbirində, habelə Polşada, Çexiyada, Belarusda tədbirlərdə iştirak etmişəm. Bir neçə nüfuzlu şirkət və investorla danışıqlarımız davam edir.

- Dünyaca məşhur futbolçu Ronaldinyo ilə görüşünüz olub. Bu barədə danışın. Necə oldu görüşdünüz? Hansı razılaşma olub?

- Futbola marağım böyükdür. Uşaq yaşlarından futbol oyunlarını izləyirəm. Futbol tarixində Pele, Maradona, Zidan, Del Piero kimi ulduzlar olub, hazırda da Ronaldo, Messi, İbrahimoviç, Levandovski kimi ulduz futbolçular var.

Amma mənə görə, futbol tarixinin ən maraqlı siması Ronaldinyo olub. Ona görə də bu startapa başladığımız gün məqsəd qoymuşdum ki, Ronaldinyo ilə görüşüb, onunla işləyək. Görüşümüz ötən həftə Barselonada baş tutdu. 

Özü və komandası ilə görüşdüm. “Assis Moreira Group” adlı böyük şirkətləri var. Tərkibinə onlarla startap və müxtəlif bizneslər daxildir. Görüşdə “Eleven Kings”in təqdimatını etdim, gələcək hədəflərdən danışdım.

Ronaldinyonun sosial media gücündən və nüfuzundan istifadə edərək, bu oyunu qısa zamanda populyarlaşdıra biləcəyimizdən və “Assis Moreira Group”un potensial qazancından danışdım. Onlara çox maraqlı gəldi. Biznesi və gələcək planları bəyəndilər.

Məni bu işlə məşğul olan bir nəfərə yönləndirdilər. Telefonla danışdıq. Yaxın günlərdə detallı müzakirələrə başlayacağıq.

Banner
Banner
  • Azərbaycan
  • startap
  • biznes
Paylaş

Digər xəbərlər

Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib - FOTO
Startaplar 22 Noy 2023
Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib - FOTO
Daha 5 sahibkara “Startap” şəhadətnaməsi verilib - ADLARI
Startaplar 27 Okt 2023
Daha 5 sahibkara “Startap” şəhadətnaməsi verilib - ADLARI
“Caucasus Ventures” fondu 6 startapa - 300 MİN DOLLAR AYIRIB
Startaplar 26 Okt 2023
“Caucasus Ventures” fondu 6 startapa - 300 MİN DOLLAR AYIRIB
Startapın tutub-tutmayacağını necə bilmək olar? – İLON MASKDAN 3 SADƏ QAYDA
Startaplar 18 Okt 2023
Startapın tutub-tutmayacağını necə bilmək olar? – İLON MASKDAN 3 SADƏ QAYDA
200 milyon dollarlıq startap müflis oldu - İNVESTORLARIN PULU BATDI
Startaplar 11 Okt 2023
200 milyon dollarlıq startap müflis oldu - İNVESTORLARIN PULU BATDI
Azərbaycanda daha 11 mikro sahibkara - "Startap" Şəhadətnaməsi Verilib
Startaplar 14 Sen 2023
Azərbaycanda daha 11 mikro sahibkara - "Startap" Şəhadətnaməsi Verilib
Azərbaycanlı təsisçinin startapı 1,5 milyon dollar investisiya alıb - FOTO
Startaplar 13 Sen 2023
Azərbaycanlı təsisçinin startapı 1,5 milyon dollar investisiya alıb - FOTO
Azərbaycan startapı Türkiyə bazarında - FƏALİYYƏTƏ BAŞLAYACAQ
Startaplar 18 Avq 2023
Azərbaycan startapı Türkiyə bazarında - FƏALİYYƏTƏ BAŞLAYACAQ
Azərbaycanlı təsisçilərin startapı 2,5 milyon dollar investisiya alıb - FOTO
Startaplar 7 Avq 2023
Azərbaycanlı təsisçilərin startapı 2,5 milyon dollar investisiya alıb - FOTO
Azərbaycanda I yarımildə 13 KOB subyektinə -  “Startap” Şəhadətnaməsi Verilib
Startaplar 3 Avq 2023
Azərbaycanda I yarımildə 13 KOB subyektinə - “Startap” Şəhadətnaməsi Verilib
Azərbaycanın iki startapı “Silikon Vadisi Mentorluğu” proqramında - İŞTİRAK EDƏCƏK
Startaplar 3 Avq 2023
Azərbaycanın iki startapı “Silikon Vadisi Mentorluğu” proqramında - İŞTİRAK EDƏCƏK
Azərbaycan Startaplar üzrə Dünya Çempionatının qalibi oldu - FOTOLAR
Startaplar 21 İyul 2023
Azərbaycan Startaplar üzrə Dünya Çempionatının qalibi oldu - FOTOLAR
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • Almaniyada mikroçip istehsalında 80 mindən çox mütəxəssis çatışmazlığı var
    18:19 5 Dek 2023
  • Bakıda Azərbaycan-Türkiyə investisiya forumu - KEÇİRİLƏCƏK
    18:14 5 Dek 2023
  • Dərmanların ekspertiza tarifləri - AZALDILIB
    18:07 5 Dek 2023
  • Qarabağda damüstü günəş enerjisi sistemi quraşdırılması üzrə tələblər - TƏSDİQLƏNDİ
    17:56 5 Dek 2023
  • Start qiyməti 1530 manat olan “Hyundai Getz” avtomobili - 10 MİN MANATA SATILDI - SİYAHI
    17:45 5 Dek 2023
  • “Nar”dan “Dinlət” xidməti ilə tərzini paylaş
    17:37 5 Dek 2023
  • Vergi Xidmətinin keçmiş vəzifəli şəxslərinə - HÖKM OXUNDU
    17:34 5 Dek 2023
  • Ekspert: Dərmanların ekspertiza tariflərinin azaldılması bazarda rəqabəti artıracaq
    17:27 5 Dek 2023
  • "Baku Design Academy" MMC - MƏHKƏMƏYƏ VERİLİB - SƏBƏB
    17:27 5 Dek 2023
  • O’Braynın Bakıda nəyi müzakirə edəcəyi - MƏLUM OLDU
    17:22 5 Dek 2023
  • “Uşaq Aləmi” MMC - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    17:20 5 Dek 2023
  • Dövlət Miqrasiya Xidməti elan etdiyi tenderə yekun vurdu – QALİB ŞİRKƏT
    17:18 5 Dek 2023
  • “Mega Textil” MMC bu qurumun 3 tenderini uddu – MƏBLƏĞLƏR
    17:10 5 Dek 2023
  • Elektron tərəzilərin vahid monitorinq mərkəzi yaradılıb - FOTOLAR
    17:06 5 Dek 2023
  • "İnternational" BOKT barəsində - MƏHKƏMƏ İDDİASI QALDIRILDI
    17:05 5 Dek 2023
  • Dövlət qurumu təmir işlərinə - 260 MİN XƏRC ÇƏKƏCƏK
    17:02 5 Dek 2023
  • Bağdadda Azərbaycan-İraq biznes-forumu - KEÇİRİLƏCƏK
    16:55 5 Dek 2023
  • Azərbaycanda toyuq əti və budu 2-3% bahalaşıb, file 11% ucuzlaşıb - QİYMƏTLƏR
    16:54 5 Dek 2023
  • Sosial Xidmətlər Agentliyinin tabeliyinə verilən müəssisələrin sayı - ARTIRILIB
    16:50 5 Dek 2023
  • Mərkəzi Bankın səlahiyyəti - ARTIRILIR
    16:40 5 Dek 2023
  • Dövlət qurumu televiziya verilişini hazırladır – TENDER NƏTİCƏSİ
    16:34 5 Dek 2023
  • Sumqayıt Bələdiyyəsi "Mirxəlil-F" MTK-nı - MƏHKƏMƏYƏ VERDİ
    16:33 5 Dek 2023
  • Naxçıvanda ötən ay 876 daşınmaz əmlak obyekti - Dövlət Qeydiyyatına Alınıb
    16:26 5 Dek 2023
  • DİN-nin Maddi -Texniki Təminat Baş İdarəsi – TƏKLİFLƏR SORĞUSU KEÇİRİR
    16:26 5 Dek 2023
  • Bayramovla Lavrovun müzakirə etdiyi mövzular - AÇIQLANDI
    16:21 5 Dek 2023
  • Elektron Məhkəmə Sisteminə “SİMA İmza” ilə daxil olmaq imkanı - YARADILIB
    16:16 5 Dek 2023
  • Dövlət qurumu 25 ədəd avtomobil alır – TƏKLİFLƏR SORĞUSU
    16:15 5 Dek 2023
  • Neft Daşlarında dalğanın hündürlüyü 2,5 metrə çatıb - FAKTİKİ HAVA
    16:12 5 Dek 2023
  • Dövlət qurumunun 243 minlik tenderini – BU ŞİRKƏT UDDU
    16:08 5 Dek 2023
  • Dövlət qurumu 3 milyon ədəd SMS xidməti alır - TƏKLİFƏR SORĞUSU
    16:04 5 Dek 2023
  • Azərbaycanda mal əti 10-12% bahalaşıb - RƏQƏMLƏR
    15:57 5 Dek 2023
  • Dövlət qurumu İKT avadanlıqlarına və ehtiyat hissələrinə - 211 MİN SƏRF EDƏCƏK
    15:56 5 Dek 2023
  • Dövlət qurumunun 1,6 milyonluq tenderinin qalibi – BU ŞİRKƏT OLDU
    15:50 5 Dek 2023
  • Azərbaycanda otel şirkəti auditdən yayınmağa görə - MƏHKƏMƏYƏ VERİLDİ
    15:43 5 Dek 2023
  • Tarif Şurası 158 dərmanın qiymətinin yuxarı həddini - TƏSDİQLƏYİB
    15:31 5 Dek 2023
  • Dövlət qurumu katric, təsərrüfat və elektrik malları alır – TƏKLİFLƏR SORĞUSU
    15:27 5 Dek 2023
  • Azərbaycanda 6 milyard dollarlıq layihə üzrə ilk hasilat quyusunun qazılmasına başlandı
    15:24 5 Dek 2023
  • Bakı Baş Səhiyyə Mərkəzi – TENDER KEÇİRİR
    15:13 5 Dek 2023
  • Bakı Dövlət Layihə İnstitutu 1,6 milyonluq tenderi – UDDU
    15:13 5 Dek 2023
  • Kapital Bank-ın “Data panel” tədbirinə - QEYDİYYAT BAŞLANDI
    15:03 5 Dek 2023
  • “GoldenPay”in İdarə Heyətinə sədr - TƏYİN EDİLDİ
    14:57 5 Dek 2023
  • “Sibirskoye Zdorovye Baku” MMC - MƏHKƏMƏYƏ VERİLDİ
    14:56 5 Dek 2023
  • Azərbaycanda orta və böyük yaşlı əhalinin peyvəndlənməsinə başlanılacaq
    14:52 5 Dek 2023
  • Bu ilin doqquz ayında 61 minə yaxın - YENİ İŞ YERİ YARADILIB -
    14:46 5 Dek 2023
  • Seymur Talıbova məxsus ofisin önündə - AKSİYA KEÇİRİLİB
    14:44 5 Dek 2023
  • Şirkətlərin borcunun əvəzləşdirilməsi ilə bağlı yeni mexanizm yaradılır
    14:39 5 Dek 2023
  • Bankların yeni fəaliyyət növləri müəyyənləşir
    14:36 5 Dek 2023
  • Mərkəzi Bankın baş direktoru vəzifəsindən - AZAD EDİLİB
    14:29 5 Dek 2023
  • “Prokon” MMC - MƏHKƏMƏYƏ VERİLİB - SƏBƏB
    14:28 5 Dek 2023
  • Ərzaq təhlükəsizliyi tədbirləri üçün 500 milyard manatdan çox vəsait nəzərdə tutulur
    14:25 5 Dek 2023
  • Hərbçilərin pensiya təminatı ilə bağlı layihə - QƏBUL OLUNDU
    14:21 5 Dek 2023
  • Bir şirkət dövlət tenderlərindən 53 milyon manatlıq - SİFARİŞ ALIB - SİYAHI, MƏBLƏĞLƏR
    14:18 5 Dek 2023
  • “Green Logitsc” MMC-yə - CƏRİMƏ PROTOKOLU YAZILIB
    14:14 5 Dek 2023
  • Prezident "Energetika haqqında" Qanunu imzaladı - FƏRMAN
    14:09 5 Dek 2023
  • “Admedia.az” MMC 2,7 milyonluq tenderi – UDDU
    14:02 5 Dek 2023
  • Azad edilən 8 rayonun ərazisinə dəyişikliklərlə bağlı layihə qəbul olunub
    13:33 5 Dek 2023
  • BOKT-lar ödəniş agenti - XİDMƏTİ GÖSTƏRƏCƏK
    13:30 5 Dek 2023
  • "Özəl xəstəxanalar vətəndaşdan 5-6 min manat depozit istəyir"
    13:25 5 Dek 2023
  • Ödəniş xidmətləri sahəsində lisenziyalaşdırılan fəaliyyətlərə görə - RÜSUMLAR
    13:20 5 Dek 2023
  • Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanunvericiliyin pozulmasına görə cərimələr müəyyənləşir
    13:17 5 Dek 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • .....
  • .....
  • Daşınmaz əmlak və ev elanları
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!

Dövlət istiqrazları 1 il - 7.93▲0.03% Dövlət istiqrazları 2 il - 8.02▼-0.20% Dövlət istiqrazları 3 il - 8.35▲0.03% Dövlət istiqrazları 5 il - 9.69▲0.97% Dövlət istiqrazları 7 il - 7.57▲1.10% NOT (7 gün) - 7.62●0.00% NOT (28 gün) - 7.86▼-0.17% NOT (84 gün) - 8.15▼-0.02% NOT (168 gün) - 7.67▼-0.01% NOT (252 gün) - 7.82▼-0.02% BOKT Embafinans QSC - 10.50▼-0.50% AzerGold - 3.35▼-0.03% ARMB (NOT) Repo - 7.59●0.00% 1D AINAao - 6.00▼-0.50% 1D AINAib - 8.40▲0.10% 1W AINAao - 5.88▲0.15% 1W AINAib - 6.00●0.00% 2W AINAao - 5.60▼-0.40% 2W AINAib - 7.30▲0.05% 1M AINAao - 6.40●0.00% 1M AINAib - 8.50▲2.70%
SOCAR [ AZ2002019894 ] Alış: 1001.00 / Satış: 1022.00 Unibank KB ASC [ AZ2011002022 ] Alış: 10029.10 / Satış: 10119.76 AzFinance İnvestisiya Şirkəti QSC [ AZ2002019712 ] Alış: 924.14 / Satış: 970.34 BOKT "EMBAFİNANS" QSC [ AZ2008020607 ] Alış: 1022.90 / Satış: 1036.59 Holcim Azərbaycan ASC [ AZ1001018378 ] Alış: 20.00 / Satış: 21.00 Azərbaycan Beynəlxalq Bankı ASC [ AZ2001004582 ] Alış: 1000.00 / Satış: 1013.00 Cənubtikintiservis ASC [ AZ1001004691 ] Alış: 22.00 / Satış: 23.10 Bakı ixtisaslaşdırılmış mexanizasiya - 7 ASC [ AZ1001000848 ] Alış: 2.40 / Satış: 2.52 Bakı Tikinti materialları ASC [ AZ1001000863 ] Alış: 2.40 / Satış: 2.52 Bakıinşaatsənaye ASC [ AZ1001001564 ] Alış: 2.40 / Satış: 2.52 AZENCO ASC [ AZ1001008452 ] Alış: 2.60 / Satış: 2.73 Sumqayıt çörək ASC [ AZ1001017230 ] Alış: 2.40 / Satış: 2.52 Savalan ASC [ AZ1001012488 ] Alış: 2.70 / Satış: 2.83 EVRASCON ASC [ AZ1001000871 ] Alış: 20.00 / Satış: 21.00 Dərnəgülsənayetikinti ASC [ AZ1001000376 ] Alış: 2.60 / Satış: 2.73