Azərbaycanda startapların dəstəklənməsi istiqamətində maraqlı yenilik planlaşdırılır.
FED.az-ın məlumatına görə, startapçıların və bu layihələrə pul yatıracaq potensial investorların ölkəmizə səfərini asanlaşdırmaq üçün onlara xüsusi sənəd veriləcək.
Eləcə də bax: Azərbaycan startapı ABŞ-dan - 10 MİLYON DOLLARLIQ SƏRMAYƏ ALIB
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində İnnovasiyalar Agentliyindən FED.az-a bildirilib ki, xaricdən gələcək yeni istedadların, sahibkarların Azərbaycanın ekosisteminə daxil olmağın sadələşdirilmiş prosesini təmin etmək üçün, dövlət sərhədinin buraxılış məntəqələrindən müəyyən olunmuş qaydada keçməklə Azərbaycana gəlməsi və getməsinə, orada göstərilmiş müddət ərzində ölkədə müvəqqəti olmasına hüquq verəcək rəsmi sənəd – Startup Viza – layihəsinin üzərində işlər aparılır.
Startap Viza indiyədək bir sıra ölkələrdə tətbiq edilir. Bunlar Latviya, Litva, Estonia, Fransa, Danimarka, Irlandiya, Italiya, Isveç, Niderland, Çili və başqalarıdır.
2014-cü ildə açılan İtaliyanın Startap vizasına, 2019-cu ilin birinci rübünün sonuna qədər 434 müraciət edilib və onlardan 230 müraciət təsdiqlənib.
Estoniyada startap viza 2017-ci ildən açılıb və ilk altı ayda artıq 400 startap Startap vizası üçün müraciət etmişdi. Onlardan 113 müəssisənin müraciəti təsdiqlənmişdir.
Litvada da startap vizasi 2017-ci ildən açılıb. Startup Lithuania-nın verdiyi məlumata əsasən 2018-ci ildə bu vizaya 178 xarici şirkət müraciət etmişdir ki, bu da 2017-ci il ilə müqayisədə 41% daha çoxdur.
Odur ki, süni intellekt, blokçeyn texnologiyaları, əşyaların interneti, maliyyə texnologiyaları, startaplar və s. bu kimi innovativ sahələrdə bir startapı olanlar və yaxud buna hazırlaşanlar üçün Azərbaycanda işinizə davam etmək şansı yüksəkdir.