Vaxtilə Münxendə yaradılan «Personio» şirkəti proqram təminatı yazılması üzrə ixtisaslaşıb və dünyanın bu bazarında aparıcı oyunçularından biridir.
Azərbaycanda 1,1 milyon manatdan artıq nizamnamə kapitalı ilə şirkət - YARADILDI
Şirkətin baş direktoru Xanno Renner «CNBC»yə müsahibəsində staptapın yaranması tarixini açıqlayıb. Onun sözlərinə görə, tələbəlik dövründə dostları ilə birlikdə şirkət yaratmağı qərara alıblar ki, şirkətlərdə personalla işi yüngülləşdirsinlər.
Dövlət şirkəti Azərbaycanda minlərlə - YENİ İŞ YERİ YARATMAĞA BAŞLAYIB
Cəmi 7 il əvvəl Renner öz dostları - Roman Şumaxer, Arsen Verşinin və İqnasi Forstmayerlə birlikdə yeni yaradımış Personio şirktini təsis edirlər. Dostlar Rəqəmsal texnologiyalar və menecment mərkəzində təhsil alarkən tanış olublar.
Kiçik və orta biznesə xidmək üçün şirkətin yaradılması ideyası onların ağlına təsadüfən gəlməmişdi. Onların dostu - iri şirkətlərdən birində texnologiyalar üzrə direktor şikayətlənirdi ki, işçiləri idarə etmək üzrə proqram təminatı olmadığına görə, bu proses çox çətindir. Beləliklə 4 dost belə proqram təminatı yaratmaq qərarına gəlirlər. Onların ofis olmadığına görə, «Personio»nun ilk məhsulu üzərində harada gəldi işləyirdilər. Xərcləri ödəmək üçün bütün yığdıqları vəsaitləri ortaya qoymuşdular.
Müşərilər – kiçik və orta şirkətlər proqram təminatını bəyəndilər, satış başladı. Amma şirkətin gəlirləri hələ az idi. Müştərilərdən ələn ilk gəlir isə ofsi icarəsinə və yeni lisenziyaların alınmasına gedirdi.
Amma perspektivli startap investorların diqqətini cəlb elədi. Artıq 2016-cı ildə Münhendən olan perspektivli startap 2,1 milyon avro investisiya cəlb etdi. Həmin vaxt layihəyə «Global Founders Capital» şirkəti yatırım etmişdi. Yeri gəlmişkən, «Global Founders Capital» şirkəti perspektivli startapları seçməkdə böyük təcrübəyə malikdir. Bu şirkət indiyədək LinkedIn və Facebook-a da yatırım edib.
«Bizə 2 milyon avrolıq ilk investisiya veriləndə hesabımızda cəmi 226 dollar qalmışdı»-deyə Ranner xatırlayır.
Ovaxtdan bəri «Personio»nın maliyyə vəziyyəti sürətlə yaxşılaşır. 2021-ci ilin oktyabrında şirkət 270 milyon dollar investisiya cəlb edib, onun bazar dəyiri isə 6,3 milyon dollara yüksəlib. Halbuki, ilin əvvəlində bu göstərici cəmi 1,7 milyard dollar idi. Ümumilikdə şirkət indiyədək investorlardan 500 milyon dollar cəlb edib.
2021-ci ildən «Personio»da min nəfər çalışır, bir il əvvəl bu göstərici 350 nəfər idi.
Şirkət «İş proseslərinin avtomatlaşdırılması» adlı yeni məhsul hazırlayır. Bu proqram kadrlar şöbəsi və şirkətin digər qurumları arasındakı proqram maneələrini aradan qaldırmalıdır. Məsələn, onun vasitəsilə işə qəbulla məşğul olan müxtəlif şöbələrin əməkdaşların tapşırıqlarını bir pəncərəyə toplamaq olar və sair.
Hazırda HR-lar üçün proqram məhsulları bazarında «Personio»nun rəqibləri Hibob, SAP və Salesforce şirkətləridir.