Notariuslara dair tələblər dəyişib.
FED.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin ğu gün təsdiq etdiyi “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.
ELƏCƏ DƏ BAX: “DOST” mərkəzlərinin fəaliyyət istiqamətlərini – NAZİR AÇIQLADI
İndiyə qədər dövlət və ya xüsusi notarius kimi işləmək istəyən Azərbaycanın hər bir vətəndaşı ali hüquq təhsilli olmalı, mənəvi keyfiyyətlərə və peşə biliklərinə malik olmalı idi. Dəyişikliyə əsasən, artıq bu sahədə staj tələbi qoyulur. Başqa sözlə,aAli hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 3 ildən az olmayaraq iş stajına, mənəvi keyfiyyətlərə və peşə biliklərinə malik Azərbaycan vətəndaşı notarius ola bilər.
Müvafiq icra hakimiyyəti orqanının notariat fəaliyyətinə nəzarəti bilavasitə həyata keçirən qurumunda və dövlət notariat ofislərində ali hüquq təhsili tələb olunan inzibati vəzifələrdə və ya xüsusi notariusun köməkçisi vəzifəsində 3 ildən az olmayaraq işləyən şəxslər, habelə hakimlər şəhadətnamə almaq üçün yalnız notariat fəaliyyəti üzrə peşə hazırlığına dair müsahibədən keçməlidirlər.
Qanuna xüsusi notariusun vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılmasına dair 7.1-ci maddə də əlavə edilir.
Müvafiq icra hakimiyyəti orqanının qərarı ilə aşağıdakı hallarda xüsusi notarius vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılır:
1) qəsdən cinayət törətməyə görə təqsirləndirilən şəxs qismində cəlb edildikdə;
2) notarius 6 ayadək müddətdə əmək qabiliyyətini fasiləsiz olaraq itirdikdə;
3) notarius sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda;
4) notarius siyasi partiyada öz fəaliyyətini dayandırmadıqda.
Vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılmış xüsusi notarius notariat fəaliyyətinin icrasına buraxılmır və bu Qanunun 25-1-ci maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən onu əvəz edən şəxs təyin edilir.
Notarius sahibkarlıq fəaliyyəti ilə məşğul olması və siyasi partiyada öz fəaliyyətini dayandırması halları ilə bağlı vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldıqda, bu halları 10 gün müddətində aradan qaldırmalıdır.
Xüsusi notariusun vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılması üçün mövcud olan əsaslar aradan qalxdıqda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi notarius vəzifələrinin icrasına buraxılır.
Notarius işləmək daha çətin olacaq – ƏTRAFLI
20:56
20 Noy 2018