“Mətanət A” şirkəti Logistika Koordinatoru vakansiyasını elan edir
İşin təsviri:
• Şirkət tərəfindən tikinti materiallarının müştərilərə çatdırılmasını təmin edir;
• Buraxılış sənədlərində mal çeşidlərini və sayının düzgünlüyünə nəzarət edir;
• Sifarişlərin qaimələr üzrə tərtib olunmasını təmin və nəzarət edir;
• Daxil olan sifarişlərə uyğun olaraq şirkətin məhsullarının tələb olunan ünvana vaxtında, göstərilən miqdarda çatdırılmasını təmin etmək üçün sürücülərin fəaliyyətini artıq yanacaq və vaxt məsrəfinə yol vermədən düzgün istiqamətləndirilməsinə rəhbərlik edir;
• Maşınların sifarişə uyğun istiqamətlənməsinin təmin edilməsinə nəzarət edir;
• Malların yük çəkisinin tənzimlənməsinə nəzarət edir;
• Anbarların mal ehtiyatının tənzimlənməsini təşkil edir;
• Gün ərzində sürücülərin iş rejiminin tənzimlənməsini həyata keçirir;
• HM üzrə Anbarların işlərini tənzimləyir, nəzarət edir;
• HM üzrə anbardarların iş bölgüsünü aparır, hesabat alır.
Əmək haqqı:
• Razılaşma yolu ilə.
İş şəraiti:
• İş saatı: 09-00-dan 18-00-dək;
• Şənbə günü 09:00-dan 13:00-a dək:
• Bazar günü istirahət.
Tələblər:
• Yaş həddi: 28-40
• Ali təhsilli;
• İş təcrübəsi:Minimum 3 il təcrübə;
• Azərbaycan və Rus dilini mükəmməl bilmək, ingilis dilini bilməsi arzuolunandır;
• Microsoft Office proqramlarını əla səviyyədə bilməli.
Şəxsi keyfiyyətləri:
• Liderlik;
• İşə planlı yanaşma;
• Fikrini izah etmək qabliyyəti;
• Ünsiyyət yaratmaq bacarığı;
• Analitik düşünmə qabiliyyəti;
• Fəallıq.
Əlavə şərtlər:
• Ezamiyyət imkanları;
Əlavə tələblər:
• Analitik düşünmə və analiz qabiliyyətinin olması, işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur.
Qeyd:
• İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
• Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;
• Maraqlananlar saytda onlayn-anketi dolduraraq [email protected] ünvanına göndərə bilərlər.