Dövlət məşğulluq xidməti orqanlarına müraciət etmiş vətəndaşların işədüzəlmə səviyyəsini 2030-cu ilədək 70 faizə çatdırılacaq.
FED.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nda əksini tapıb.
ELƏCƏ DƏ BAX: Pensiya yaşına çatanlar sürətlə artacaq – PROQNOZ
Sənəddə qeyd edilir ki 2017-ci ildə işədüzəlmə səviyyəsi 40 faiz olub.
Strategiyada qarşıya qoyulan hədəflərdın biri də işlə təmin olunmaq üçün dövlət məşğulluq xidməti orqanlarına müraciət etmiş vətəndaşların ən azı 20 faizini 2030-cu ilədək peşə hazırlığına cəlb etməkdir. 2017-ci ildə bu göstərici 3 faiz olub.
İşədüzəlmə səviyyəsi yüksəldiləcək - HƏDƏF
23:36
30 Okt 2018