Təəssüf ki, iş həyatı tələbəlik həyatından olduqca fərqlidir. Çox vaxt hər dediyinizi və hərəkətinizi düşünərək etmək məcburiyyətində qala bilərsiniz. Bu yazıda sizin üçün diqqət edilməsi lazım olan əsas davranışlardan bəhs edəcəyik!
1. SƏMİMİYYƏT
Həftədə beş bəlkə də altı gününüzü birlikdə keçirdiyiniz insanlarla səmimi olmaq istəməyiniz çox normaldır. Yenə də unutmamalısınız ki, iş yeri məktəb deyil, iş yoldaşlıqları da məktəb dostluqlarına bənzəməz. Zaman keçdikcə, insanları daha yaxşı tanıdıqca kimə güvənəcəyinizə daha yaxşı qərar verə bilirsiniz, amma diqqətli olmaqda fayda var. Səmimiyyətinə etibar etdiyiniz insanlar öz ambisiyaları uğruna sizin sirrlərinizi istifadə edə ya da başqalarına danışa bilərlər. Birdən özünüzü pis vəziyyətdə tapmamaq üçün təmkinli davranmaqda fayda var.
2. DEDİ-QODU
Təəssüf ki, ofis dedi-qoduları təşkilati həyatın bir hissəsidir. Üz-üzə görüşəndə çox yaxşı yola gedən insanların, arxalarını döndüklərində bir-birlərinin dedi-qodusunu etmək üçün hazır olduqlarını görə bilərsiniz. Təbii ki, hər iş yerində belə deyil, amma siz yenə də diqqətli olun. Sizin yanınızda dedi-qodu edilsə də eşitməməzlikdən gəlin, sözə qarışmayın. Dedi-qodu edən insanların sizin sözlərinizi kimə necə çatdıracaqlarını bilmirsiniz!
3. SPİRTLİ İÇKİ İSTİFADƏSİ
İş yeməklərində, xüsusi günlərdə qrup şəklində spirtli içki qəbul edilən yerlərdə ola bilərsiniz. Bu vəziyyətdə spirtli içki qəbul etmək çox normaldır. Amma içkini çox içib, nə söylədiyinizi ya da nə etdiyinizi unutduğunuz vəziyyətlərə düşməyin. Siz ertəsi gün nə etdiyinizi xatırlamaya bilərsiniz, amma iş yoldaşlarınız daha da pisi rəhbərləriniz davranışlarınızı unutmayacaqlar. Karyeranız bu vəziyyətdən zərər görə bilər. Harada dayana biləcəyini biləcək şəkildə mühitə uyğunlaşmaq hər zaman daha yaxşıdır.
4. SÖZ GƏZDİRMƏK
Söz gəzdirmək də ən az dedi-qodu qədər karyeranıza zərər verə biləcək bir davranışdır. Yanınızda edilən dedi-qoduya qarışmıya bilərsiniz, amma eşitdiklərinizi başqalarına deyirsinizsə, işin sonunda günahkar olan siz ola bilərsiniz! Söz gəzdirmək normal həyatda da səhv bir davranışdır. Digər maddələrdə olduğu kimi karyeranızdakı nailiyyətiniz xaricində bir mövzu ilə gündəmə gələ bilər və səhv başa düşülə bilərsiniz. Niyyətiniz yaxşı olsa belə (dedi-qodusu edilən adamı vəziyyətlə əlaqədar xəbərdar etmək kimi) nəticələri pis ola bilər.
5. İDDİALI GEYİNMƏK
Moda sektorunda işləmirsinizsə, çox iddialı geyinmək mənfi bir vəziyyətdir. Xüsusilə dress-code olan bir şirkətdə işləyirsinizsə, çox dekolte, həddindən artıq rənglər və naxışlar təəssüf ki, sizə pis təsir edə bilər. Yəni, gördüyünüz işdən başqa bir mövzu ilə gündəmdə olmaq. Əgər bu sizin üçün normaldırsa, təbii ki, bir qorxusu yoxdur. Amma siz yenə də nailiyyətlərinizlə gündəmə gəlməyə diqqət edin. Kişilər üçün isə bu vəziyyət çox diqqətsiz geyinmək ola bilər.
6.ŞƏXSİ HƏYAT HAQQINDA ÇOX DANIŞMAQ
İş həyatında vaxtımızın çox hissəsini iş yerində keçiririk. Bəzən şəxsi həyatımızla bağlı problemlər olur, bəzən də çox sevincli xəbərlər ala və onları ətrafımızdakılarla paylaşmaq istəyərik. Təbii ki sosial canlılar olduğumuz üçün bu çox təbii bir instinktdir, amma yenə də hamısını paylaşmamaqda fayda var. Kədərin də sevincin də bir paylaşılmaq sərhəddi olmalıdır. Məsələn, sevgilinizlə etdiyiniz mübahisəni bütün detalları ilə danışmamalısınız, çünki, siz iki gün sonra barışanda iş yoldaşlarınız bu mövzu haqqında danışa ya da davamlı sizə sual verə bilərlər. Digər bir nümunə olaraq, pəhrizə başladınız və 10 kilo arıqladınız, çox xoşbəxtsiniz, insanlara bunu dediyinizdə sizin xoşbəxt olduğunuzu görmək istəməyən biri əhvalınızı korlaya bilər. Ən yaxşısı hər şeyi qədərində paylaşmaqdır.
1lady.az