Azərbaycanın əmək bazarına hər il 100 min yeni işçi qüvvəsi gəlir.
FED.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Dayanıqlı İnkişafa dair Bakı Forumunda çıxışı zaman bildirib.
Nazir deyib ki, işsizlərin problemini həll etməklə yanaşı ildə 100 min yeni insanın əmək bazarına gəlməsi üçün şərait yaratmalıyıq: “Biz bu istiqmətdə lazımi addımlar atırıq. Azərbaycanda əhalinin böyük hissəsi gənclərdən ibarətdir və onların məşğulluğunun təmin edilməsi istiqamətində də mühüm addımlar atılır. Azərbaycanın həyata keçirdiyi iri layihələr bütün regionda məğulluğun təmin olunmasına müsbət təsir göstərir”.