Azərbaycanda əmək qabiliyyətli əhalinin cəmi 48,1%i rəsmi işləyir.
FED.az xəbər verir ki, bu barədə «2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası»nda bildirilir. Sənəddə bildirilir ki, 2017-ci ilin nəticələrinə görə, qeyri-kənd təsərrüfatı sahəsində çalışanların cəmi 48,1 faizi rəsmi çalışır. Başqa sözlə, qeyri-kənd təsərrüfatı sahəsində çalışanların təqribən 52%-i qeyri-rəsmi çalışır. Strategiyaya əsasən, 2020-cu ilədək iqtisadiyyatda rəsmiişləyənlərin qeyri-kənd təsərrüfatı sahəsində ümumi məşğul əhaliyə nisbətini 2030-cu ilədək 80 faizə çatdırmaq nəzərdə tutulur.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatlarına görə, bu il sentyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz artaraq 1540,3 min nəfər olub, onlardan 880,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 659,9 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir.