Oktyabrın 26-da axşamdan 27-si səhər saatlarınadək Quba və Qusar rayonlarının bir sıra dağlıq yaşayış məntəqələrinə qar yağmağa başlayıb.
Quba Regional Hidrometeorologiya Müəssisəsindən FED.az-a verilən məlumata görə, ən çox yağıntı Qusarın Ləzə kəndinə düşüb. Burada qarın
hündürlüyü 20 santimetrə çatıb. Qubanın Xınalıq kəndində 18, Qırız kəndində isə 15 santimetr təşkil edib.
Hava şəraitinin dəyişməsi ilə əlaqədar dağlıq ərazilərdə temperatur mənfi 3 dərəcəyədək aşağı düşüb.
Azərbaycanda 20 santimetr qar yağıb - FOTOLAR

13:47
27 Okt 2018