Həyat sığortası bazarının aparıcı iştirakçılarından olan «Paşa Həyat Sığorta» 2024-cü il üzrə hesabatını açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ötən il şirkətin xərcləri kəskin artıb, mənfəəti aşağı düşüb.
«Paşa Sığorta»nın əməliyyat gəlirləri - 22 milyon manat azalıb - HESABAT
“Azərbaycan Sənaye Sığorta”dan 1,3 milyon xalıs mənfəət - HESABAT
“Meqa Sığorta”nın xalis mənfəəti 8 %-dən çox artıb - HESABAT
“Qala Həyat Sığorta”nın mənfəəti artıb - VƏZİYYƏTİ MƏLUM OLDU -HESABAT
"Qala Sığrota"nın xalis mənfəəti - 50% ARTIB - HESABAT
Hesabata əsasən, 2024-cü ildə «Paşa Həyat Sığorta»nın gəlirləri 578,7 milyon manat olub. Şirkətin əsas əməliyyat gəlirləri 596 milyon manat olub, bundan 61 milyon manat sığorta ehtiyatlarına ayrılıb, eyni zamanda «Paşa Həyat Sığorta» qiymətli kağızlara investisiyalardan 44 milyon manat gəlir əldə edib.
Əsas əməliyyat gəlirlərinin, yəni 596 milyon manatlıq məbləğin 584 milyon manatı sığorta haqlarının payına düşür. Bu rəqəm bir il əvvəllə müqayisədə 100 milyon manat artıb. Amma həyat sığortası ilə bağlı qanunvericiliyə edilən dəyişikliyi nəzərə aldıqda, böyük ehtimalla bu rəqəmi təkrarlamaq çətin olacaq.
2024-cü ildə «Paşa Həyat Sığorta»nın xərcləri kəskin şəkildə – təqribən 50% artaraq 333 milyon manatdan 501 milyon manata sıçrayıb. Artımın əsas səbəbkarı əməliyyat xərcləri olub, hansı ki, 283 milyon manatdan 446 milyon manata qalxıb.
Hesbaatdan aydın olur ki, şirkətin əməliyyat xərclərinin artımının səbəbi. Sığorta ödənişlərinin kəskin artmasıdır. Ötən il «Paşa Həyat Sığorta» rekord məbləğdə – 400 milyon manat sığorta ödənişi edib.
İşlərin aparılması xərcləri də 49 milyondan 55 milyon manata yüksəlib, birbaşa olaraq işçilərə ödənilən əmək haqqı 21 milyondan 27 milyon manata qalxıb.
Xərclərin kəskin artımı şirkətə gəlirlərin artımından faydalanmağa imkan verməyib. Nəticədə 2024-cü ildə «Paşa Həyat Sığorta»nın maliyyə mənfəəti 2023-cü ildəki 79 milyon manatdan 77 milyon manata düşüb.
Şirkətin mənfəətinin azalması vergi ödənişlərini də azaldıb – il ərzində cəmi 16 milyon 683 min manat.
Nəticədə «Paşa Həyat Sığorta» 2024-cü ili 60,5 milyon manat xalis mənfəətlə tamamlayıb.
2024-cü ilin sonunda «Paşa Həyat Sığorta»nın aktivləri 820 milyon manata yaxınlaşıb. Belə böyük vəsaitə malik olmasına baxmayaraq «Paşa Həyat Sığorta»nın cəmi 3,4 milyon manatlıq əmlak və avadanlıqları, eləcə də daşınmaz əmlakı var.
Aktivlərin böyük əksəriyyəti 614 milyon manatı maliyyə vəsaitlərindədir. 143 milyon manat nağd vəsaitlərdə saxlanılır, daha 40 milyon manat isə «Paşa Həyat Sığorta»nın debitor borcları olaraq qaytarılaraq reallaşmasını gözləyir.
Şirkətin öhdəlikləri 684 milyon manat, cəmi kapitalı isə 136 milyon manatdır.
«Paşa Həyat Sığorta» öz səhmdarlarına 2023-cü ildə 30 milyon manat, 2024-cü ildə isə 36 milyon manat dividend ödəyib.