«Qala Həyat Sığorta» ASC-nin 2024-cü il üzrə vəziyyəti məlum olub.
FED.az xəbər verir ki, ötən il şirkət bir qədər də böyüyüb, eləcə də mənfəətli fəaliyyətə davam edib.
2024-cü ildə «Qala Həyat Sığorta»nın əsas əməliyyat gəlirləri 25 milyon 564 min manat təşkil edib.
Bunun hamısı şirkətin topladığı birbaşa sığota haqlarıdır. Bu gəlirlər son bir il ərzində 269 min manat, başqa sözlə (1,1%) artıb.
2024-ci ildə «Qala Həyat Sığorta» şirkətinin şirkətinin investisiya gəlirləri 194 min manat və ya 14,1% artaraq 1 milyon 574 min manata, sair gəlirləri isə 499,4 min manata bərabər olub.
Ümumilikdə ötən il şirkətin cəmi gəlirləri 27 milyon 662 min manat olub. Bu da 2023-cü ilin sonu ilə müqayisədə 2 milyon 457 min manat (9,7%) artıqdır.
2024-cü ildə «Qala Həyat Sığorta»nın ümumi xərcləri 17 milyon 265 min manat təşkil edib ki, bu da 2023-cü ilə nisbətən 1 milyon 990 min manat (13%) çox deməkdir.
Şirkətin əsas əməliyyat xərcləri 5 milyon 889 min manat, işlərin aparılması xərcləri 11 milyon 332 min manat olub.
Əsas əməliyyat xərcləri illik 498 min manat (9,2%), işlərin aparılması xərcləri isə 1 milyon 451 min manat (14,7%) çoxdur.
Bu dövrdə sığorta şirkətinin maliyyə mənfəət illik müqayisədə 467 min manat (4,7%) artımla 10 milyon 397 min manata yüksəlib.
Sığorta şirkəti 2024-cü ili 2 milyon 79 min manat mənfəət vergisi ödənişindən sonra 8 milyon 318 min manat xalis mənfəətlə tamamlayıb. Xalis mənfəət 2023-cü ilə nisbətən 377 min manat (4,7%) artıb.
Bu il yanvarın 1-nə “Qala Həyat Sığorta”nın aktivləri 44 milyon 244 min manat olub.
Hesabat dövründə şirkətin öhdəlikləri 5% artaraq 18 milyon 610 min manata, balans kapitalı isə 0.4% artaraq 25 milyon 634 min manata çatıb.
Bölüşdürülməmiş mənfəətin həcmi isə son bir il ərzində 12 milyon 485 min manata bərabər olub ki, bu da 2023-cü ilin göstəricilərindən 1 milyon 342 min manat (12%) artıqdır.