“Azərbaycan Sənaye Sığorta” 2024-cü il üzrə maliyyə hesabatını açıqlayıb.
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, sığorta şirkəti ötən ili 1 milyon 297 min manat xalis mənfəətlə yekunlaşdırıb.
Bu dövrdə sığorta şirkəti təqribən 324,3 min manata yaxın mənfəət vergisi ödəyib.
Hesabat dövründə “Azərbaycan Sənaye Sığorta”nın əsas əməliyyat gəlirləri 26 milyon 307 min manat təşkil edib.
Əsas əməliyyat gəlirlərindən birbaşa sığorta üzrə sığorta haqları 24 milyon 944 min manat, sığorta ödənişlərində təkrarsığortaçıların payı üzrə gəlirlər 1 milyon 219,4 min manat, təkrarsığortaya verilmiş müqavilələr üzrə komissyon muzdlar üzrə gəlirlər 143,9 min manat olub.
"Azərbaycan Sənaye Sığorta"nın investisiya gəlirləri 1 milyon 885 min manat, subroqasiya gəlirləri 605,6 min manat, sair gəlirlər 1 milyon 9 min manat, ümumilikdə cəmi gəlirləri isə 26 milyon 850 min manat olub.
Əvvəlki illə müqayisədə əsas əməliyyat gəlirləri birbaşa sığorta üzrə sığorta haqları 4 milyon 717 min manat (23,3%), investisiya gəlirləri 701 min manat (59,2%), subroqasiya gəlirləri 333,7 min manat (2,2 dəfə) artıb.
Bu dövrdə əsas əməliyyat xərcləri 16 milyon 336 min manat, bundan sığorta ödənişləri və sığorta məbləğləri üzrə xərclər 12 milyon 98 min manat, qaytarılan sığorta haqları üzrə xərclər 281,8 min manat, tənzimləmə xərcləri 33,4 min manat, təkrarsığortaya verilmiş sığorta haqları üzrə xərclər 3 milyon 513 min manat, qarşısıalınma tədbirləri fonduna ayırmalar üzrə xərclər 143,6 min manata, sığorta fəaliyyəti üzrə sair xərclər 265,9 min manata bərabər olub.
Bu dövrdə işlərin aparılması xərcləri 8 milyon 892 min manat, cəmi xərcləri isə 25 milyon 229 min manat təşkil edib.
Hesabat dövündə sığorta şirkətinin maliyyə mənfəəti 1 milyon 297 min manata bərabər olub.
“Azərbaycan Sənaye Sığorta” 2024-cü ildə 30 milyon 697 min manat aktivlərə malik olub. Aktivlər son bir il ərzində 3 milyon 531 min manat və ya 13% artıb.
Öhdəliklər 3 milyon 235 min manat və ya 21,5% artaraq 18 milyon 282 min manata yüksəlib.
Bu dövrdə balans kapitalı 12 milyon 415 min manata bərabər olub. Bu da illik müqayisədə 297 min manat (2,5%) artıqdır.
“Azərbaycan Sənaye Sığorta”nın bölüşdürülməmiş mənfəətin həcmi də 297 min manat və ya 26,6% artaraq 1 milyon 415 min manata yüksəlib.
Ödənilmiş nominal (nizamnamə) kapitalı dəyişməyərək 11 milyon manat olaraq qalıb.