"Qala Sığorta" şirkətinin 2024-cü il üzrə vəziyyəti məlum olub.
FED.az xəbər verir ki, şirkət 2024-cü ili ümumilikdə 14 milyon 878 min mant xalis mənfəətlə başa vurub. Bu 2023-cü ilin göstəricilərindən 4 milyon 985 min manat (50,4%) çoxdur.
Hesabata görə, 2023-cü ildə «Qala Sığorta»nın cəmi gəlirləri 78 milyon 157 min manat təşkil edib. Bunun 80 milyon 579 min manatı əsas əməliyyat gəlirləridir. Ondan isə 77 milyon 79 min manat toplanmış birbaşa sığota haqlarıdır. Son bir il ərzində əmi gəlirlər 22 milyon 778 min manat (41%), əsas əməliyyat gəlirləri 20 milyon 452 min manat (34%) toplanmış birbaşa sığorta haqqları isə 19 milyon 656 min manat (34%) artıb.
Daha 2 milyon 271 min manat təkrarr sığorta üzrə təkrarsığrota haqları üzrə gəlirlərdən formalaşıb.
Sığorta ödənişlərində təkrarsığortaçıların payı üzrə gəlirlər son bir ildə 457 min manat (59%) artaraq 1 milyon 228 min manata yüksəlib.
"Qala Sığorta" investisiya gəlirlərindən 4 milyon 404 min manat gəlir əldə edib ki, bu da illik müqayisədə 1 milyon 552 min manat (54%) çoxdur.
Subroqasiya gəlirləri 280 min manata bərabər olub ki, bu da illik 60 min manat (27,5%) çoxdur.
Sair gəlirləri isə son bir il ərzində 1 milyon 92 min manat (2,2 dəfə) artımla 1 milyon 981 min manata yüksəlib.
Şirkətin illik cəmi xərcləri isə 59 milyon 900 min manat olub. Əsas əməliyyat xərcləri isə 37 milyon 369 min manat olub ki, bundan 17 milyon 351 min manatı sığorta ödənişləri və sığorta məbləğləri üzrə xərclər, 3 milyon 554 min manatı qaytılan sığorta haqları üzrə xərclər. 109,7 min manatı tənzimləmə xərcləri, 15 milyon 866 min manatı təkrarsığortaya verilmiş sığorta haqları üzrə, 487,4 min manatı təkrarsığortaya verilmiş sığorta haqları üzrlə xərclərdir.
İşlərin aparılması üzrə xərclər 22 milyon 490 min manata bərabər olub.
"Qala Sığorta" şirkətini maliyyə mənfəəti son bir il ərzində 5 milyon 906 min manat (47,8%) artımla 18 milyon 256 min manata yüksəlib.
Sığorta şirkəti hesabat ilində 3 milyon 378 min manat mənfəət vergisi ödəyib.
"Qala Sığorta" 2024-cü ildə 69 milyon 961 min manat cəmi aktivlərə, 43 milyon 610 min manat öhdəliklərə, 26 milyon 301 min manat cəmi kapitala malik olub.