Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan «Paşa Sığorta» 2024-cü ilin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, 2024-cü ildə «Paşa Sığorta»nın cəmi gəlirləri 347 milyon manat, cəmi xərcləri təqribən 300 milyon manat olub.
“PAŞA Sığorta” ən çox şikayət olunan şirkət olub
“Azərbaycan Sənaye Sığorta”dan 1,3 milyon xalıs mənfəət - HESABAT
“Meqa Sığorta”nın xalis mənfəəti 8 %-dən çox artıb - HESABAT
"Qala Sığrota"nın xalis mənfəəti - 50% ARTIB - HESABAT
Şirkətin əsas əməliyyat gəlirləri 322,1 milyon manat olub. 2023-cü illə müqayisədə bu rəqəm 22 milyon maneat və ya 7% aşağı düşüb. Xatırladaq ki, 2023-cü ilin sonuna şirkətin əsas əməliyyat gəlirləri 344 milyon manat olmuşdu.
2024-cü ildə «Paşa Sığorta»nın əsas əməliyyat gəlirlərinin əsas hissəsini müştərilərlən toplanan sığorta haqları təşkil edib – 307 milyon manat.
Bundan başqa, ötən il «Paşa Sığorta» şirkəti 10,6 milyon manat təkrar sığorta haqqı toplayıb.
2024-də «Paşa Sığorta»nın sığorta ödənişlərində təkrar sığorta şirkətlərinin payı 3,3 milyon manat olub, daha 1,2 milyon manat isə təkrar sığortaya verilmiş sığorta müqavilələri üzrə komissiya haqlarından formalaşıb.
Ötən il «Paşa Sığorta» qiymətli kağızlara yatırımlardan 19,7 milyon manat, yəni təqribən 20 milyon manat investisiya gəliri əldə edib. Daha 1,9 milyon manat isə subroqasiya proseslərindən əldə edilib.
Şirkətin xərclərinin əsas hissəsini isə sığorota ödənişləri təşkil edib – 143,2 milyon manat. «Paşa Sığorta»nın öz risklərini təkrarsığortaçılara ötürməsi isə şirkətə 80,5 milyon manata başa gəlib. Daha 7,5 milyon manat sığorta haqqı isə müştərilərə geri qaytarılıb.
İşlərin aparılması xərcləri isə ümumilikdə 65 milyon manatı keçib. Bu rəqəm 2023-lə müqayisədə təqribən 8 milyon manat və ya 12% artıb.
Nəticədə «Paşa Sığorta»nın maliyyə mənfəəti 47 milyon manat, bundan ödədiyi vergi 5 milyon manat olub.
Şirkət 2024-cü ili 42 milyon manat xalis mənfəətlə tamamlayıb. Bu 2023-cü illə müqayisədə 6,5 milyon manat və ya təqribən 18% artıqdır. Xatırladaq ki, 2023-də şirkət 35,5 milyon manat mənfəət əldə etmişdi.
2024-cü ilin sonuna «Paşa Sığorta»nın aktivləri 351 milyon manat (34 milyon manat artım), öhdəlikləri 259 milyon manat (28 milyon manat artım), kapitalı isə 92 milyon manat (7 ilyon manat artım) olub.