“Suraxanı Maşınqayırma Zavodu” TASC 2017-ci il üçün maliyyə nəticələrini açıqlayıb.
FED.az zavodun hesabatına əsasən xəbər verir ki, zavodun 2017-ci ilin sonu üçün əsas əməliyyat gəlirləri 5 mln 921,4 min manat olub. Ümumi mənfəət hesabat dövründə ötən ilə nsbətən 24,01% artaraq 1 mln 525,1 min manata çatıb.
Bu dövrdə inzibati xərclər 1 mln 343,4 min manat, sair xərclər 58,9 min manatn və maliyyə xərcləri 14 min manat olub.
Yekunda hesabat dövründə xalis mənfəət 89 min 912 manat təşkil edib. Xatırladaq ki, 2016-cı il üzrə mənfəət 313 min 134 manat olub. 2017-ci il üzrə mənfəət ötən ilə nəzərən 3,5 dəfə azalıb.
FED.az zavodun”Balans” hesabatına istinadən bildirir ki, zavodun 2017-ci il üzrə aktivləri 1,79% azalaraq 6 mln 846 min manat , cəmi kapital isə 0,35% azalaraq 4 mln 377 min manata enib.
«Suraxanı Maşınqayırma»nın gəliri 3,5 dəfə azalıb - HESABAT
12:17
17 Noy 2018