AzerGold QSC
Vakansiya barədə məlumat:
Hasilat sahələrinin koordinasiyası üzrə mütəxəssis
Əsas vəzifə və öhdəliklər:
• Şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planında nəzərdə tutulmuş tədbirlərin icra edilməsində iştirak etmək;
• Şöbədə kargüzarlıq işlərini aparmaq və məxfilik rejimini təmin etmək;
• İstehsalat sahələrinin koordinasiyası işlərinə köməklik və yaxından iştirak;
• İstehsalat sahələrinin təkmilləşdirilməsinə dair təkliflərdə köməklik və yaxından iştirak;
• Şirkətin sifarişi əsasında hasilat sahələrində fəaliyyət göstərən yerli və xarici podratçı, subpodratçı və digər şirkətlərlə sağlam əlaqələrin qurulmasında iştirak etmək;
• Hasilat sahələrinin fəaliyyətinə dair hesabatların hazırlanmasında iştirak etmək;
• Tələb olunan digər tapşırıqların yerinə yetirilməsi.
Tələb olunan meyarlar:
• Təhsil: Müvafiq sahə üzrə ali təhsil
• İş təcrübəsi: Minimum 1 il müvafiq sahədə iş təcrübəsi.
• Dil və komputer bilikləri: : Azərbaycan dili (sərbəst), İngilis və Rus dilləri orta səviyyədə danışıq və yazı bacarığı, Microsoft Office proqramlarını bilməli.
Əlavə biliklər:
• Azərbaycan və ətraf regionların quruluşu haqqında ilkin biliklər;
• Nəcib və əlvan metal yataqlarının sənaye tipləri haqqında ilkin biliklər;
• Filiz və qeyri-filiz faydalı qazıntı yataqları haqqında ilkin biliklər;
• Yerli və xarici mütəxəsisslərlə işləmək bacarığı;
• Çöl şəraitində yaşamaq və işləmək bacarığı;
• Yüksək dağ şəraitində işləmək bacarığı.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq "Hasilat sahələrinin koordinasiyası üzrə mütəxəssis" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.