Azərbaycanda kreditlə ən çox «yüklənən» şəhər və raüonlar məlum olub.
Eləcə də bax: Azərbaycanda ən çox və ən az - KREDİT VERİLƏN RAYONLAR – SİYAHI
FED.az xəbər verir ki, kreditlə yüklənən dedikdə rayon və şəhər üzrə kredit portfelinin bölgənin ümumi məhsul istehsalına («mini ÜDM») nisbəti başa düşülür.
Cədvəldən məlum olur ki, ölkədə öz iqtisadi gücünə görə, kreditlə ən çox yüklənən bölgə Gəncə şəhəridir. Gəncə şəhərinə verilən 357 milyon manatlıq kredit şəhər iqtisadiyyatının təqribən 3-də biri qədərdir.
Eləcə də bax: Azərbaycanda kreditləri ən pis və ən yaxşı qaytaran – RAYON-ŞƏHƏRLƏR - SİYAHI
İkinci yeri tutan kiçik Naftalan şəhərinin 10 milyon manatlıq kredit portfeli turizmə söykənən yerli iqtisadiyyatın 30%-nə yaxındır. Müqayisə üçün bildirək ki, iqtisadiyyatının həcmi Naftalandan 6,5 dəfə böyük olan balakənin kredit portfeli də təqribən Naftalandakı həcmdədir.
Kreditlə ən çox yüklənən şəhərlərin ilk 3-lüyünü 28%-lik göstərici ilə Lənkəran tamamlayır.
Ölkədə bütün kreditlərin 80%-nin yönəldiyi Bakı şəhəri isə cəmi 20% kreditlə yüklənib. Zaqatala və Bərdədə də təqribən eyni vəziyyətdir.
Ölkədə kreditlə ən az «yüklənən» şəhər və rayonlar isə Naxçıvan MR-in Ordubad, Sədərək, Şərur və Babək rayonları, eləcə də Xızı, Gədəbəy və Daşkəsəndir. Bu rayonlarda kredit yükü rayon iqtisadiyyatının 2-4%-ni təşkil edir.
Rayon və şəhərin kredit «yükü»nün aşağı olması ilk baxışdan müsbət hal kimi görünsə də, əslində bu yaxşı göstərici sayılmır.
Kredit yükünün həddən artıq kiçik olması bölgənin iqtisadi aktivliyinin aşağı olduğunu, burada aktivliyin dövlət vəsaitləri hesabına təmin edildiyni, yerli biznesin oluqca zəif olduğunu, nəhayət rayon əhalisinin kredit qaytarma qabiliyyətinin aşağı olduğunu göstərir.