Azərbaycanda kreditlərin ən yaxşı və ən pis qaytarıldığı rayon və şəhərlər məlum olub.
Eləcə də bax: Azərbaycanda ən çox və ən az - KREDİT VERİLƏN RAYONLAR – SİYAHI
FED.az xəbər verir ki, 2020-ci ilin ilk 3 ayının nəticələrinə görə, kreditlərin qaytarılması ilə bağlı ən pis vəziyyət Oğuz rayonundadır. Bu rayonda verilən 10,6 milyon manat kreditin 3,7 milyon manatı və ya 35,2%-i geri qaytarılmayıb.
Kreditin qaytarılmasına görə, ikinci yeri Samux rayonu tutur – 13 milyon manat kreditin 2,6 milyon manatı və ya 19,7%-i geri qaytarılmayıb. Gədəbəydə kreditlərin 15,8%-i, Ağdaşda 15,5%-i Siyəzəndə 14,9%-nin qaytarılmasında problem var.
Hesabat göstərir ki, ölkədə kreditlərin ən yaxşı ödənildiyi rayonlar Naxçıvan Muxtar Respublikasındadır. Şərur, Babək, Şahbuz, Ordubad və Sədərək rayonlarında kreditlər az qala hərbii intizamla ödənilir – problemli hissə 1%-dən də aşağıdır.
Yardımlıda problemli kreditlər 1%, Zaqatala və Şabranda isə cəmi 1,1% təşkil edib.