Azərbaycanda ən çox və ən az kredit verilən rayon və şəhərlər açıqlanıb.
FED.az xəbər verir ki, ölkə üzrə kreditlərin ən böyük hissəsi – 84%-i Bakı şəhəri və Abşeron yarımadasının (Sumqayıt şəhəri, Abşeron rayonu, Xırdalan şəhəri və sair) payına düşür.
Eləcə də bax: Azərbaycanda iqtisadi artım və geriləmə olan – RAYONLAR / ŞƏHƏRLƏR - TAM SİYAHI
Regionlara gəlincə, ən çox kredit verilən bölgə Gəncə şəhəridir – 356,9 milyon manat. Sonrakı yeri Lənkəran, Naxçıvan və Bərdə tutur.
Zaqatala və Şəmkir də kreditlərin aktiv verildiyi bölgələr sayılır. Ölkədə kreditlərin ən az verildiyi rayonlar isə Sədərək, Ordubad, Xızı, Şahbuz və Qobustandır.