“FinEx Kredit” BOKT ASC-nin İdarə Heyətinin sədri dəyişdirilir.
BOKT “Falcon Finance”ın sədri dəyişdi - YENİ TƏYİNAT
FED.az xəbər verir ki, səhmdarların qərarı ilə Leyli Məmmədova Calal qızı İdarə Heyətinin sədri seçiləcək. O bu vəzifədə Rəşad Rzayev Fəxrəddin oğlunu əvəz edəcək. L.Məmmədova buna qədər İdarə Heyətinin üzvü idi.
Digər dəyişikliklə, BOKT-nin daxili auditoru Faiq Sadıxbəyov təyin edilib.
Qeyd edək ki, Müşahidə Şurasının 31 oktyabr 2023-cü il tarixində keçirilmiş iclasında qəbul edilmiş qərara əsasən 1 dekabr 2023-cü il tarixində “Finex Kredit” BOKT ASC-nin Baş ofisində səhmdarların Növbədənkənar Ümumi Yığıncağının keçirilməsi qərara alınıb.
İclasda Nizamnaməyə dəyişiklik; Müşahidə Şurasının tərkibində dəyişiklik və Müşahidə Şurasının formalaşdırılması; Əvvəliki dövr üçün Səhmdarların Ümumi Yığıncağıının və Müşahidə Şurasının protokollarının bəyənilməsi barədə; İdarə Heyətinin formalaşdırılması məsələləri müzakirə ediləcək.
“Finex Kredit” BOKT 2013-cü ildən fəaliyətdədir. Onun nizamnamə kapitalında payı olan səhmdarlar bunlardır:
- 32,1% – Mirzəyev Xaqan Səməd oğlu
- 26,75% – Cəbrayılov Azad Nəriman oğlu
- 16,55% – Allahverdiyeva Raminə Tokay qızı
- 10,1% – Tağıyeva Şəlalə İslam qızı
- 7,5% – Şıxəlizadə Tokay Murad oğlu
- 3,6% – Məmmədov Rövşən Mürsəl oğlu
- 2,3% – Şərifov Mobil Famil oğlu
- 1,1% – Tağıyeva Gülnarə Elçin qızı