“TBC Kredit” BOKT 2021-ci ilin maliyyə hesabatını açıqlayıb.
Eləcə də bax: BOKT “International” mənfəət - AÇIQLADI
FED.az hesabata istinadən xəbər verir ki, ötən il BOKT-un xalis faiz gəlirləri 2,072 milyon manat (19% çox), əməliyyat gəlirləri 2,047 milyon manat (19% çox) təşkil edib.
BOKT 77 min manat mənfəət vergisi ödədikdən sonra xalis mənfəəti 979 min manat təşkil edib. Bu da əvvəlki illə müqayisədə 2,5 dəfə çoxdur. Belə ki, BOKT 2020-ci ili 390 min manat xalis mənfəətlə başa vurmuşdu.
Hesabat dövründə, “TBC Kredit”in aktivləri 24% artaraq 15,896 milyon manata, öhdəlikləri isə 43,1% artaraq 6,969 milyon manata çatıb. Bu dövrdə BOKT-un kredit portfeli 10,1% kiçilərək 9,926 milyon manata bərabər olub. 2020-ci ildə bu rəqəm 11,049 milyon manat olmuşdu.
"TBC Kredit"in cəmi kapitalı isə 12,3% artaraq 8,927 milyon manat təşkil edib. (Apa)