TBC Kredit
Lizinq mütəxəssisi
Öhdəliklər:
• Potensial Lizinq müştəriləri müəyyən etməli və onları cəlb etməli;
• Lizinq müştərilərin portfelini yaratmalı, qorumalı və artımını təmin etməli;
• Potensial və mövcud müştərilərin sosial və maliyyə təhlilini aparmalı;
• Müştərilərin kredit riskini və kredit ödəmə qabiliyyətini qiymətləndirməli;
• Müştərinin faylını bütün zəruri sənədlərlə birlikdə qoruyub saxlamalı;
• Kredit Komitəsinin qərarı barədə müştərini məlumatlandırmalı və lizinq verilməsi prosesinin təşkilinə kömək etməli;
• Verilmiş vaxt çərçivəsində monitoring aparmalı;
• Mövcud məhsulların şərtlərini çox yaxşı bilməli;
• Kreditləşmə və lizinq fəaliyyətinə aid olan qaydaları, prosesləri və siyasəti çox yaxşı bilməli;
• Tələb olunan hesabatları vaxtında birbaşa rəhbərlərə təqdim etməli;
Tələblər:
• Ali təhsil
• İş təcrübəsinə dair tələb yoxdur
• Avtomobil bazarından məlumatlı və avtomobildən anlayışı olanlara üstünlük veriləcək
• Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti
• Azərbaycan və rus dilində biliklərə malik olmalı.
Əgər Siz də karyeranızı beynəlxalq təşkilatda başlama imkanını əldə etmək, kredit işini öyrənmək istəyirsizsə, xahiş olunur ki, CV-ləri 31 May 2019-cu il tarixinədək e-mail ([email protected]) vasitəsilə təqdim etsinlər.
E-məktubunuzun “mövzu” (subject) sətrində, müraciət etdiyiniz vəzifəni qeyd edin (Lizinq mütəxəssisi). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.