Qeyri-Bank

«TBC Kredit» BOKT-un – MƏNFƏƏTİ KƏSKİN DÜŞÜB, KREDİTLƏRİ AZALIB

«TBC Kredit» BOKT-un – MƏNFƏƏTİ KƏSKİN DÜŞÜB, KREDİTLƏRİ AZALIB | FED.az
16:31 17 Sen 2019

«TBC Kredit» bank olmayan kredit təşkilatının (BOKT) aktivləri azalıb. FED.az şirkətin illik hesabatına istinadən xəbər verir ki, 2018-ci ildə şirkətin aktivləri 23 milyon 547 min manat təşkil edib. Bu göstərici 2017-ci il (26 milyon 924 min manat) ilə müqayisədə 13% azdır.

2018-də BOKT-un kredit portfeli də azalıb.  2017-ci ildə «TBC Kredit»in krelit portfeli 21 milyon 438 min manat olduğu halda, 2018-də bu göstərici 20,3% azalaraq 17 milyon 087 min manata enib.

BOKT ötən ili 1 milyon 883 min manat mənfəətlə başa vurub. Bu 2017-ci illə müqayisədə 46,4% azdır.

Əvəzində şirkətin cəmi kapitalı 2018-ci ildə 34% artaraq 2017-ci ildəki 5 milyon 866 min manatdan 7 milyon 858 min manata yüksəlib.

Digər xəbərlər