"Merkuri" QSC bank olmayan kredit təşkilatının (BOKT) səhmlərinin 50%-nə nəzarət edən İlqar Quluzadə payını satıb.
Eləcə də bax: Azərbaycanda yeni - BOKT YARADILIB
FED.az xəbər verir ki, onun payını Məmməd Məmmədov alıb.
BOKT-un səhmlərinin qalan 50%-i əvvəlki kimi Səbuhi Əzizova məxsusdur.
Xatırladaq ki, “Merkuri” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 823 min manatdır. (Report)